Manafdan qalmaqallı açıqlama: Bəzi dostlarımın yerinə utanıram – VİDEObackend

Manafdan qalmaqallı açıqlama: Bəzi dostlarımın yerinə utanıram – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Manaf Ağayev dostlarının vəfasızlığından gileylənib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, “Xəbər-ətər” səhər şousunda qonaq olan ifaçı dostluq barədə danışıb: “Əvvəllər çox əsəbləşirdim. Hökmən mən deyən kimi olmalıdır. Sonra bir anlıq fikirləşdim ki, mən niyə özümdən çıxıram? Hərə bir cürə yaşayır bu həyatı. O, belə yaşayır həyatı, onum dostluğu budur. Anladım ki, hamını özüm kimi edə bilmərəm. Mən dostluğu başqa cür – “ölümünə” qədər edirəm. Dostumun dar günündə mütləq yanında olmalıyam. Çörəyi yoxdursa, çörək, pulu yoxdursa, pul verməliyəm. Əziyyət çəkirsə, yanında olmalıyam”.

O, bəzi dostlarının yerinə utandığını da qeyd edib: “Elə insanlar var ki, onlar dostluğa “barmaq arası” baxır. Onların yerinə çox utandım ki, axı biz süfrələr açmışıq, tonlarla çörək yemişik. Manaf mənim ağsaqqalımdır, Manaf mənim böyük qardaşımdır, Manafdan yoxdur”.

Həmin görüntüləri təqdim edirik: