“Manafla duet oxuyardım ki, o, haqq yoluna gəlsin” — Əməkdar artistdən qalmaqallı açıqlama – VİDEObackend

“Manafla duet oxuyardım ki, o, haqq yoluna gəlsin” – Əməkdar artistdən qalmaqallı açıqlama – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Elza Seyidcahan aylar öncə qalmaqal yaşadığı Manaf Ağayev haqqında müzakirələrə səbəb olacaq açılamalar verib.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, sənətçi ATV telekanalında yayımlanan “Ən yaxşısı” şou proqramında qonaq olarkən həmkarı ilə duet oxumaq istədiyini açıqlayıb.

Verilişin aparıcısı Mətanət Əliverdiyevanın Elzaya ünvanladığı “Manaf Ağayevlə, yoxsa Nazim Pişyari ilə duet oxumaq istəyərdiniz?” sualına müğənninin reaksiyası belə olub:

“Manaf Ağayevlə duet oxuyardım ki, o, düz və haqq yoluna gəlsin. Bu duetlə açardım onun sarı “jilka”sını… Nazimlə isə aram pis deyil. Amma o da üzdə tərifləyib, arxada mənə gülənlərdəndir.
Nazim estrada ifaçısıdır. Tanrı deyir ki, günahsızlar yox, günahkarlar mən tərəfə gəlsinlər. Manafı öz tərəfimə çəkim ki, haqq məndədir misalını anlasın. Bəzən mənə deyirlər ki, nə işin var Manafda. Oxuyur, pulunu qazanır da. İfa edə bilmir, heç nə demə ona. Cavab olaraq söyləyirəm ki, Manaf oxuya bilir, sən niyə belə deyirsən? Onunla estrada janrında, möhürü vurulmuş bir mahnı ifa edərdik. Manaf Elzanın sayəsində yaxşı reklam olunub, gündəmə gəlir.

Qeyd edək ki, əməkdar artist Elza Seyidcahan Tarix Əliyevin “YouTube”da yayımlanan “Səmimi” layihəsində qonaq olarkən “Gəncləri korlayan Manaflar, Mətanətlər var” kəlməsindən sonra həm Manaf Ağayev, həm də Mətanət Əsədova ilə Xəzər TV-də yayımlanan “Hər Şey Daxil” proqramında dava yaşanmışdı.

Qalmaqallı hadisədən sonra Xəzər TV-nin rəhbəri Xalq artisti Murad Dadaşov “Hər Şey Daxil” səhər şousunu bağlayıb.