Manatlıq taksilərlə bağlı VACİB AÇIQLAMAbackend

Manatlıq taksilərlə bağlı VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, artıq manatlıq taksilər tarixə qovuşur. Belə ki, iyulun 1-də “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər qüvvəyə minəndən sonra manatlıq taksilərin fəaliyyətinin dayandırılacağı bildirilir.

Bəs bu hal hansı nəticələrə gətirib çıxaracaq?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat eksperti Rövşən Həsənov qeyd edib ki, həmin taksilərin fəaliyyətini tamamilə məhdudlaşdırmaq mümkün olmayacaq:

“Manatlıq taksilərin qeyri-qanuni fəaliyyət göstərmələri ilə yanaşı, idarəetmə üsulları tamamilə fərqli və təhlükəlidir. Düzdür, onların fəaliyyətinə qadağa tətbiq olunsa, insanların büdcəsinə zərər dəyəcək və bunu əhali hiss edəcək. Bu qanun qüvvəyə minəndən sonra həmin taksilər gizlin fəaliyyət göstərməyə başlayacaq. Bu səbəbdən, manatlıq taksilərin fəaliyyətini 100 faiz məhdudlaşdırmaq mümkün olmayacaq. Onların arasında kimlərsə istər-istəməz fəaliyyətini davam etdirəcək”.

Ekspert ən çox zərərin vətəndaşlara dəyəcəyini açıqlayıb:

“Bu dəyişiklikdən sonra əsas zərər istifadəçiyə dəyəcək. Çünki taksilərin tariflərindəki dəyişikliklər olması ilə bağlı bir sıra məlumatlar paylaşılır. Həmin manatlıq taksilərin də qarşısını tam olaraq almaq mümkün olmadığına görə, onların da qiymətində müəyyən artımlar müşahidə olunacaq”.