“Mançester Siti” “Arsenal”ı darmadağın etdi – 5:0backend

“Mançester Siti” “Arsenal”ı darmadağın etdi5:0

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 28-də futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib.

NOCOMMENT.az xəbər verir ki, açılış oyununda “Mançester Siti” “Arsenal”la qarşılaşıb. “Etihad” stadionunda keçirilən görüşdə meydan sahibləri “topçular”ı darmadağın edib – 5:0.

“Şəhərlilər”in heyətində qolları 7-ci dəqiqədə İlkay Gündoğan, 12-ci və 84-cü dəqiqələrdə Ferran Torres, 43-cü dəqiqədə Qabriel Jesus və 53-cü dəqiqədə Rodri vurub.

Qonaqlar 35-ci dəqiqədən sonra azlıqda oynayıb. London təmsilçisində Qranit Caka qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 6-ya çatdıran “Mançester Siti” liderliyə yüksəlib. Xalı olmayan “Arsenal” isə sonuncudur./Axar.az