“Mançester Siti”nin kapitanı evdən qovulubbackend

“Mançester Siti”nin kapitanı evdən qovulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin və İngiltərə millisinin futbolçusu Kayl Volkerin həyat yoldaşı Enni Kilner 5 ay əvvəl ərini evdən qovub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşrin məlumatına görə, son bir neçə ayda cütlük arasında çoxlu ictimai mübahisələr olub, bundan sonra Kilner idmançını 2,4 milyon funt sterlinqlik malikanəsinin ərazisinə buraxmayıb. Cütlüyün qonşularının dediyinə görə, Uoker vaxtaşırı evdə görüntülənib.

Onun hazırda Mançester şəhərinin mərkəzində bir mənzildə yaşadığı və övladlarına təyinatla baş çəkdiyi güman edilir.