“Mançester Siti” son 18 ilin antirekordunu qırıbbackend

“Mançester Siti” son 18 ilin antirekordunu qırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti” klubu İngiltərə Premyer Liqasının XI turunda “Brayton”a məğlub olub və bu, “şəhərlilər”in bütün turnirlərdə ardıcıl dördüncü uğursuz nəticəsi olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, daha əvvəl Xosep Qvardiolanın yetirmələri Çempionlar Liqasında Portuqaliyanın “Sportinq” (1:4), İngiltərə çempionatında “Bornmut” (1:2) və İngiltərə Liqa Kubokunda “Tottenhem”ə (1:2) yenilmişdilər.

“Opta Sports”un məlumatına görə, “Mançester Siti” ilə belə uğursuzluqla daha əvvəl 2006-cı ildə üzləşib.

Bundan başqa, Qvardiola məşqçilik karyerasında ilk dəfə ardıcıl dörd matçda məğlub olub.

“Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 11 matçdan sonra 23 xalla ikincidir. Çempionatın vahid lideri isə 28 xalla “Liverpul”dur.