“Mango” Rusiyadakı mağazalarını satacaqbackend

“Mango” Rusiyadakı mağazalarını satacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mango” Rusiyadakı 55 mağazasını müstəqil şəkildə ölkəyə məhsul çatdıracaq yerli françayzerlərə satacaq.

NOCOMMENT.az xəbər verir ki, İspaniyanın pərakəndə satış şəbəkəsi Rusiya bazarındakı birbaşa iştirakından imtina edəcək.

Məlumata görə, mülkiyyətin ötürülməsi prosesi yaxın aylarda həyata keçiriləcək.

Qeyd edək ki, Rusiyada şirkətin mağazalarında 800 əməkdaş çalışır.

Şəbəkənin rusiyalılar üçün onlayn satışları isə hələ martın əvvəlindən dayandırılıb.

Mənbə: rbc.ru