Manturov: Rus silahının qızıl qaydası budurbackend

Manturov: Rus silahının qızıl qaydası budur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov yerli silahların başqa ölkələrə tədarükündən danışıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə o bildirib ki, Rusiya bu məsələdə öz tərəfdaşları ilə açıq dialoq aparır: “Hər zaman maksimum açıq mövqe tutmuşuq ki, həmkarlarımız həm öz texnikalarının istifadə edilməsində, həm də sonrakı xidmət və modernləşmə cəhətdən özlərini məhdudlaşdırılmış hiss etməsinlər”.

Manturov əlavə edib ki, bu, tədarükün həyata keçirilməsində “qızıl qayda”dır.

Nazir Rusiyanın silah tətbiqində alıcılara hər hansı məhdudiyyət qoymadığını da deyib.

Qeyd edək ki, Rusiya ilə Pakistan HHM sistemləri və silah tədarükü ilə bağlı müqavilə imzalayıb.