Manual terapiya nədir və hansı problemlərdə faydalıdır? – Həkim AÇIQLADIbackend

Manual terapiya nədir və hansı problemlərdə faydalıdır? – Həkim AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar manual terapiya gündəmdə olan müalicə üsullarından birdir. İnsanların əksəriyyəti isə bu terapiya üsulundan çəkinir.

 

Bəs manual terapiya nədir və hər hansısa bir zərəri varmı?

 

NOCOMMENT.az bildirir ki, övzu ilə bağlı danışan həkim fizioterapevt Pərvin Əkbərov bildirib ki, manual terapiya öz praktik effektivliyi ilə əlaqədar son illər müxtəlif tibbi ixtisas sahələri və xəstələrin diqqətini özünə çəkməkdədir.

 

“Bu müalicə üsulu ilə qısa vaxtda oynaqların hərəkət həcmi bərpa olunur, ağrı, xüsusən bel və boyun, böyük oynaqlardakı ağrılar azalır, əzələ gərginliyi keçir. Sözün geniş mənasında manual terapiya dayaq-hərəkət sisteminin aktiv elementləri olan və yığılma qabiliyyətli əzələ, bağ, fassiyalara və passiv elementləri olan oynaqlar, oynaq qığırdaqları, fəqərəarası disklər, sümüküstlüyünə təsir etməklə bu iki element arasındakı patoloji əlaqəni pozur və normal(funksional) əlaqəni bərpa edir. Manual terapiya dayaq-hərəkət sisteminin geri dönən funksional pozulmalarının, reflektor əzələ spazmının, bağ gərilmələri və nəticədə hemodinamikanın, xüsusən venoz hemodinamikanın pozulmasının qarşısını alır. Bu terapiya onurğa xəstəliklərini müalicə edən kompleks üsullardan ibarət müalicə növüdür”.

 

Pərvin Əkbərov qeyd edib ki, onurğanın bel və boyun nahiyəsində bəzən ağrılar əmələ gəlir.

 

“Bu, onurğanın və disklərin sürüşməsi, qabarması nəticəsində baş verir. Belə hallar baş verdiyində fəqərə arası sinirlər sıxılır və əzələ spazmı artır. Manual terapevt xəstəliyə məruz qalmış nahiyəyə təsir edərək onurğanı və fəqərələr arası disklərin normal vəziyyətini bərpa edir, əzələ spazmını aradan qaldırır. Bu müalicə qaməti düzəldərək sərbəst hərəkəti təmin edir, əzələlərdə qanın mikrosirkulyasiyasını yüksəldir, əzələ tonusunu möhkəmləndirir və əzələ bağlarını elastikləşdirir. Əks göstərişləri isə bədxassəli şişlər, qan-damar xəstəlikləri, yüksək hərarət, yüksək təzyiq və onurğanın iltihabı xəstəlikləridir. Manual terapiya xüsusilə bel və boyun ağrısında Almaniyada ən çox istifadə edilən terapiya üsullarından biridir”.\\Sfera.az