Manukyan: Nikol Ermənistanı dağıdıcı müharibəyə aparırbackend

Manukyan: Nikol Ermənistanı dağıdıcı müharibəyə aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətənin Xilası Hərəkatının mövcud olduğu dövrdə verdiyim bütün qiymətlər qüvvədə qalır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.

“Bu hakimiyyət yaddır və bizim xalqa düşməndir. Ermənistan üçün faydalı heç nə edə bilməz və Azərbaycan və Türkiyənin də iştahı durmadan artır. Görürlər ki, qarşılarında iradə və gücdən məhrum olan dövlət başçısı var, ona görə də daim hücuma davam edəcəklər. Cənubi Qafqazda və sərhədlərimizə yaxın ərazidə hazırki vəziyyət qeyri-sabitdir. Bu, gec-tez müharibəyə səbəb olacaq. Hər zaman sülhdən danışan Nikol Paşinyan Ermənistanı dağıdıcı müharibəyə aparır”, – deyə Manukyan bildirib.