Manukyan xalqı təhqir etdi – Ombudsmandan etirazbackend

Manukyan xalqı təhqir etdi – Ombudsmandan etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyanın bəzi vətəndaşların ünvanına təhqiredici ifadələr səsləndirməsi etirazlar doğurub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan ombudsmanı Arman Tatoyan qeyd edib.

Tatoyan bildirib ki, Manukyan Şirak vilayətinə səfəri zamanı bir qrup sakinin Gümrü-İrəvan avtomobil yolunu bağlamasına əsəbiləşib və bunun ardınca keçirdiyi mətbuat konfransında onları “bomj” adlandırıb.

Qeyd edək ki, erməni müxalifətinin lideri Manukyan “mübarizə taktikasını” dəyişib və xalqın içinə getməyə, rayonları gəzməyə qərar verib. Ancaq ilk getdiyi Şirakda xalq onu etirazla qarşılayıb və bölgəyə gəlməsinə mane olmaq üçün yolu bağlayıb.