Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ilk müfəttiş qrupu İrana qayıdıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi “Fox News” telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, agentliyin ekspertləri İran İslam Respublikasının nüvə obyektlərində fəaliyyətin bərpasına hazırlaşırlar.
“İranda çoxlu obyekt var, bəziləri hücuma məruz qalıb, bəziləri isə yox”, – Qrossi qeyd edib.
O həmçinin əlavə edib ki, hazırda agentliyin bu ölkədə fəaliyyətini bərpa etməsi üçün hansı praktiki tədbirlərin həyata keçirilməsinin müzakirəsi aparılır.