MAQATE Ukrayna münaqişəsinin bütün tərəfləri ilə əlaqə saxlayırbackend

MAQATE Ukrayna münaqişəsinin bütün tərəfləri ilə əlaqə saxlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynadakı münaqişənin bütün tərəfləri ilə daimi əlaqə saxlayır; onun mütəxəssisləri Zaporojye Atom Elektrik Stansiyasında və Çernobıl Atom Elektrik Stansiyasında yerləşir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə agentliyin rəhbəri Rafael Qrossi bildirib.

Qrossinin sözlərinə görə, MAQATE nüvə təhlükəsizliyi sahəsində mövcud vəziyyət barədə mütəmadi olaraq beynəlxalq ictimaiyyəti məlumatlandırır və bu təcrübəni gələcəkdə də davam etdirmək niyyətindədir.

MAQATE rəhbəri qeyd edib ki, o, bu yaxınlarda Ukraynaya on dəfə səfər edib və münaqişə zamanı atom elektrik stansiyalarının təhlükəsizliyinin əsas prinsiplərinin işlənib hazırlanması məqsədilə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

“Bunun vəziyyəti həll etmək və nüvə insidentinin qarşısını almaq üçün kifayət olub-olmayacağını sonra öyrənəcəyik”, – deyə o vurğulayıb.