Maradonanın ölümünün dəqiq SƏBƏBİbackend

Maradonanın ölümünün dəqiq SƏBƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 25-də ürəktutmasından vəfat edən Argentinanın 60 yaşlı əfsanəvi futbolçusu Dieqo Maradonanın ölümünün dəqiq səbəbi bəlli olub.

NOCOMMENT.az “Clarin” nəşrinə istinadən xəbər verir ki, tibbi ekspertizanın rəyinə əsasən, keçmiş yarımmüdafiəçinin xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bəlli olub.

Bundan əlavə, Maradonaya ürəyi normadan iki dəfə böyük olduğu üçün genişlənmiş kardiomiopatiya diaqnozu qoyulub.