Qərbin kifayət qədər yardımı olmadan Ukrayna büdcə kəsiri şəraitində, hətta atəşkəs əldə olunsa belə, sağ qala bilməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Serqey Marçenko mətbuat konfransında bildirib.
“Maliyyəmizin kəsiri təxminən 40 milyard (dollar. – Red.), bu il 39,3 (milyard dollar. – Red.) təşkil edib. Gələn il dəstəkdə müəyyən boşluq görürük”, – o, Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının təşkil etdiyi mətbuat konfransında bildirib.
Marçenkonun sözlərinə görə, o, G7 ölkələrindən olan həmkarları ilə bir neçə görüşdə bu məsələni müzakirə edib.
“Biz hansısa atəşkəs və ya sülh dövrünün olacağını gözləsək belə, Ukrayna sağ qala bilməyəcək”, – deyə nazir bildirib.
O, Qərb tərəfdaşlarını hərbi əməliyyatların bitməsini gözləmədən Ukraynaya sərmayə qoymağa çağırıb.