Yay transfer dövründə Patrik Kluyvertin rəhbərliyi altında “Adana Dəmirspor”un heyətinə qatılan sabiq hücumçu Mario Balotelli Joze Mourinyo və gələcəyi ilə bağlı açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, “Adana Dəmirspor”un ulduz hücumçusu Mario Balotelli bir neçə ildən sonra Səudiyyə Ərəbistanına gedə biləcəyini bildirib.
Onun sözlərinə görə Milanın gənc hücumçuya ehtiyacı var. “Budur mən. Gənc oyunçuların San Siroda mübarizə aparması Milan üçün ciddi problemdir. Mən Piolini sevirəm, lakin Leao öz günündə olmayanda Milan üçün işlər yaxşı getmir”.
Joze Mourinyo haqda danışan Balotelli Onun oyunla bağlı öz fikirləri olduğunu, lakin taktikaya çox diqqət yetirmədiyini bildirib. “Xüsusi bir xarakteri var, O həmişə qalib gələn məşqçidir.
33 yaşlı Balotelli gələcəyi ilə bağlı layihələr olarsa, bir neçə ildən sonra Səudiyyə Ərəbistanına gedə biləcəyini bildirib.