Mariya Zaxarova Qarabağdakı hazırkı vəziyyətdən danışıbbackend

Mariya Zaxarova Qarabağdakı hazırkı vəziyyətdən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağ regionunda atəşkəsin pozulması halları qeydə alınmayıb”.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti monitorinq etməyə və atəşkəsə nəzarət etməyə davam edirlər: “Sülhməramlılar tərəfindən qaçqınların təhlükəsiz qayıdışı və mülki avto-nəqliyyatın hərəkətinin bərpası təmin olunub. Bundan başqa sülhməramlılarımız əraziləri minalardan təmizləyirlər”.

Rusiya XİN rəsmisi itkin düşən hərbçilərin axtarışı və həlak olanların cəsədlərinin dəyişdirilməsi barədə də danışıb. O, bunu həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün həssas məsələ adlandırıb, prosesin Rusiya sülhməramlılarının nəzarətində olduğunu söyləyib: “Sülhməramlılarımız müasir texniki vasitələrlə axtarışları davam etdirirlər. Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub. Azərbaycan və erməni tərəfinin strukturları ilə daim təmasdayıq”.