NATO-nun baş katibi Mark Rutte alyansa üzv dövlətləri müdafiə xərclərini kəskin artırmağa hazırlaşmağa çağırıb, müvafiq qərar iyunun 24-25-də Haaqada keçiriləcək sammitdə qəbul ediləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
O vurğulayıb ki, iyunun əvvəlində Şimali Atlantika Alyansı dövlətlərinin müdafiə nazirləri blokun potensial hədəflərini təsdiqləməlidirlər ki, bu da problemləri müəyyən edəcək və gələcəkdə lazımi xərclərin qiymətləndirilməsinə imkan verəcək.
Eyni zamanda, Rutte təsdiq edib ki, üzv dövlətlərin ÜDM-nin 2%-i olan hazırkı müdafiə xərcləri standartı artıq aktual deyil və 3%-dən yüksək səviyyədə müəyyən ediləcək.