Marketdə çipsi əzib, video çəkən şəxs generalın oğlu imiş – VİDEObackend

Marketdə çipsi əzib, video çəkən şəxs generalın oğlu imiş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanlar saxlanılıblar. Məlum olub ki, onlardan biri general oğludur.

NOCOMMENT xəbər verir ki, polis əməkdaşları həmin şəxsləri saxlayıblar. Məlum olub ki, həmin şəxslər Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyevadır.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.

Musavat.com-un əldə etdiyi məlumata görə, Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.

Xatırladaq ki, Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.

Bu hadisədən sonra general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.