“Azərbaycanda marketlərdə alıcılar aldadılır. Onlar bəzən aldıqları məhsulun dəyərindən artıq pul ödəməyə məcbur edilir və bundan xəbər tutmurlar”.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri bakupost-a müsahibəsində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, xüsusən kartla ödəniş zamanı kassada alıcının səbətində olmayan məhsula görə ona pul ödətdirilir:
“Mənim hesablamalarıma görə, ümumilikdə Azərbaycan vətəndaşları ərzaq mağazalarında almadıqları məhsula görə ildə 500 milyon manat ödəniş edirlər”.
Bəs, marketlərdə aliş-veriş zamanı daha nələrə diqqət edilməlidir?
Ətraflı videoda: