Marketlərdə müştərinin zərər verdiyi malın dəyərini kim ödəməlidir – AÇIQLAMAbackend

Marketlərdə müştərinin zərər verdiyi malın dəyərini kim ödəməlidir – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alıcı tərəfindən təsadüfən qırılan məhsula görə dəymiş ziyanı kim ödəməlidir? Marketlərdə bəzən belə gözlənilməz hadisələrlə üzləşən müştəriləri ən çox bu sual düşündürür. Əksər şirkətlər belə hallarda hansı addımı atır? Bu vəziyyətdə müştəri məmnuniyyəti nəzərə alınırmı? Ümumiyyətlə, məhsulun dəyərindən asılı olaraq çıxış yolu nədir?

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki,bu və digər suallarla bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

Ekspert bildirib ki, belə şikayətlər həm şirkətlər, həm də istehlakçılar tərəfindən edilir.

“Təəssüflər olsun ki, marketlərdə məhsulların düzülüşü ilə bağlı heç bir standart yoxdur. Bəzi marketlərdə daha çox məhsul satmaq üçün vitrinlərə hətta sınıq mallar da qoyulur. Nəticədə müştərilər, xüsusən də uşaqlar toxunduğu halda belə hadisələr baş verir.

Ola bilər ki, belə hallarda biznes qurumu islehlakçı məmnuniyyəti qazanmaq üçün dəymiş ziyanı yarı qiymətə endirsin və yaxud yüz faiz güzəştə getsin”.

E.Hüseynov təəssüflə qeyd edib ki, qanunvericilikdə belə məqamlar öz əksini tapmayıb. “Ümumiyyətlə isə istehlakçının səhvi ucbatından zərər görən məhsulun pulunu o, özü ödəməlidir. Həmçinin, mağazalar tərəfindən kassa çeki təqdim edilməlidir”, – deyə ekspert xüsusi olaraq vurğulayıb.