Marko Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqlara rəhbərlik edəcəkbackend

Marko Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqlara rəhbərlik edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması üzrə danışıqlara rəhbərlik edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadla xəbər verib.

Təhlükəsizlik zəmanətləri ilə bağlı təklif hazırlamaq üçün ABŞ-Avropa-Ukrayna birgə komissiyası yaradılıb.

Komissiyaya ABŞ Dövlət katibi rəhbərlik edir, müzakirələrdə həmçinin Ukrayna və Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri iştirak edir.

“Gələn günlərdə hamı səhərdən axşama qədər təhlükəsizlik zəmanətləri üzərində işləyəcək. Bəlkə də həftənin sonuna kimi müəyyən aydın struktur ortaya çıxacaq”, – deyə anonim Ukrayna rəsmisi Axios-a bildirib.