Marneulidə koronavirusa yeni yoluxma halı qeydə alınmayıbbackend

Marneulidə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son beş gün ərzində Marneulidə koronavirusa yeni yoluxma halı təsdiqlənməyib”.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Marneulinin icra başçısı Zaur Darğallı bildirib. Onun sözlərinə görə, dörd nəfərin koronavirusla bağlı testinin cavabı mənfi olub: “Həmin şəxslərin üçü Marneuli, biri isə Dmanisi rayon sakinidir”.

Qeyd edək ki, indiyədək Marneulidə COVID-19-a 15 nəfər yoluxub və onların 7-si sağalıb.