Marneulidə seçkiqabağı qarşıdurma: yaralılar varbackend

Marneulidə seçkiqabağı qarşıdurma: yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda yerli seçkilər öncəsi insident baş verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Gürcü Arzusu Partiyası və müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) namizədləri – Rövşən İsgəndərov və Laşa Kveladze arasında fiziki qarşıdurma olub.

VMHP nümayəndəsi Murad Muradov jurnalistlərə açıqlamasında deyib ki, hadisə Sadaxlı kəndində aparılan seçkiqabağı kampaniyadan sonra baş verib: “Hazırda Laşa Kveladze polisə şikayət ərizəsi təqdim edir. O, xəsarətlər alıb, gözündə və digər bədən nahiyələrində xəsarətlər var. Partiyanın digər üzvü Mişa Okupaşviliyə də xəsarətlər yetirilib”.

“Gürcü Arzusu”nun Marneuli-Qardabani üzrə deputatı Zaur Darğallı isə baş verən hadisədə müxalif partiyanı günahlandırıb. O bildirib ki, L.Kveladze R.İsgəndərovu döyüb: “Bu, müxalifətin növbəti və gözlənilən təxribatıdır. Rövşən İsgəndərov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır, onun əməliyyata da ehtiyacı ola bilər”.

Deputat insidentlə bağlı artıq istintaqın başlandığını qeyd edib.