Ukrayna hakimiyyəti konflikti “dondurma” tərəfdarı kimi çıxış edərək, onun tam həllini təxirə salmaq və sonradan döyüşləri bərpa etmək üçün hərbi potensialını artırmaq niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Ukrayna üzrə hərbi ekspert Andrey Maroçkoya istinadən məlumat yayıb.
Maroçko bildirib: “Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyakın açıqlamasını növbəti ‘istəklər’ kimi qiymətləndirirəm. Bizim hərbi-siyasi rəhbərlik açıq şəkildə bildirib ki, konfliktin dondurulması mümkün deyil”.
Ekspert qeyd edib ki, Rusiya tərəfi əhatəli sülh sazişinin imzalanmalı olduğunu və xüsusi əməliyyatın başlanmasının bütün ilkin səbəblərinin nəzərə alınmalı olduğunu dəqiq şəkildə vurğulayıb.
Maroçko əlavə edib ki, Podolyak “yanlış təsəvvür yaradır” və atəşkəsin hələ mümkün olduğunu düşünür. Onun fikrincə, bu yanaşma faktiki olaraq Minsk razılaşmaları prinsipi əsasında konflikti dondurmaq deməkdir. Ekspert vurğulayıb ki, Kiyevin konfliktlə bağlı ritorikası döyüş xəttində baş verən reallıqlara uyğun gəlmir.