“Marojna Elxan” külli miqdarda narkotiklə saxlanıldıbackend

“Marojna Elxan” külli miqdarda narkotiklə saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

NOCOMMENT.az xəbər verir ki, nəticədə rayonda “Marojna Elxan” ləqəbi ilə tanınan, 1975-ci il təvəllüdlü Kürdəmir şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Əlimusa oğlu Eminov Xırdapay kəndi ərazisində saxlanılıb.

Ondan ümumilikdə 2,287 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Report