Marqarita Simonyan ABŞ-ın sanksiyalarına cavab veribbackend

Marqarita Simonyan ABŞ-ın sanksiyalarına cavab verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan ABŞ Maliyyə Nazirliyinin ona qarşı şəxsi sanksiyalar tətbiq etməsinə reaksiya verib. Sanksiya siyahısına RT və “Rossiya Seqodnya” media qrupu da daxil edilib.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə o, öz Telegram kanalında məlumat yayıb.

“Hı. Oyandı! – o, TASS agentliyinin müvafiq mesajına keçid əlavə edərək yazıb.

Sentyabrın 4-də ABŞ Maliyyə Nazirliyi RT-yə və kanalın baş redaktoru Marqarita Simonyana qarşı sanksiyalar tətbiq edib. Açıqlamada bildirilir ki, ABŞ səlahiyyətliləri Xarici Agentlər Aktını pozmaqda ittiham irəli sürüb.