Marqarita Simonyandan Türkiyəyə qarşı ərazi iddiası – VİDEObackend

Marqarita Simonyandan Türkiyəyə qarşı ərazi iddiası – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rossiya-1” telekanalında “Vladimir Solovyovla bazar axşamı” verilişində Türkiyəyə qarşı ərazi iddiaları səsləndirilib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski “RT”, “Rossiya seqodnya”, “Sputnik” kimi KİV-in rəhbəri olan Marqarita Simonyanla müzakirə zamanı deyib: “Rusiyada sərt bir rejim altında ermənilər Araratı və Qarsı alacaq. Yeltsin kimi demokratların rəhbərliyi altında ermənilər Yerevanı da itirəcəklər”.

Simonyan isə cavabında Qars və Araratı (Ağrı dağı) Rusiyanın tərkibinə qaytarmaq istədiyini deyib: “Əlbəttə, Qars və Araratı Rusiyanın tərkibinə qaytarmaq istəyirəm. Bu ərazilər biabırçı Qars sazişinə qədər Rusiyaya məxsus olub. Mən tamamilə imperiya düşüncəli, rus şüurlu adamam – ümumiyyətlə, bütün hamısını qaytarmaq istəyərdim. Daha bir utancverici Brest sazişi ilə əhailimizin üçdə birini və ərazimizin böyük hissəsini itirmişik”.