Marqaryan: Türk malları qadağan edildi, qiymət artdıbackend

Marqaryan: Türk malları qadağan edildi, qiymət artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə baş verən gərginliyə xüsusilə maliyyə bazarı həssas reaksiya verir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu erməni iqtisadçı Atom Marqaryan deyib. Onun sözlərinə görə, yaranan situasiya təkcə maliyyə stabilliyinə yox, həm də maliyyə axınları və investisiyalara böyük təsir göstərir.

O, yerli məhsulların qiymətinin artacağını bildirib: “Yanacaq qiymətinin artması sıxılmış qazın qiymətində də artım yaradıb. Üstəlik, qiymətlərə türk mallarının qadağan olunması da təsir edib. İqtisadiyyat koronavirus pandemiyası və Qarabağdakı müharibənin silkələnməsində hələ də özünə gələ bilməyib. Daxili siyasi destabilizasiya situasiyanı yalnız dərinləşdirəcək”.