Marşrut xətlərinin sayı azaldıla bilər – Bu, sərnişindaşımaya necə təsir edəcək?backend

Marşrut xətlərinin sayı azaldıla bilər – Bu, sərnişindaşımaya necə təsir edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Real TV-yə müsahibəsində bildirib ki, Bakıda fəaliyyət göstərən 180 marşrut xətti 100-ə qədər enməlidir, bununla bərabər avtobusların sayı isə artmaldır.

Bəs bu xətlərin sayının azaldılması sərnişindaşımaya necə təsir edəcək?

NOCOMMENT.az xəbər verir ki, Valyuta.az bu sualı nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov ilə müzakirə edib.

Rövşən Həsənov bildirib ki, avtobus xətlərinin sayı 180-dən 100-ə endiriləcəksə, bu o deməkdir ki, xətlərin vizual olaraq sayı azalacaq, amma həmin xətlərin əhatə etdiyi ərazilərin sayı genişlənəcək: “Bununla yanaşı çox güman ki, intervallar azalaraq, həmin xəttə fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayı artırılacaq. Bu xəttin sayından asılı olmayaraq xəttə daxil olan ərazilərin sayı artacaq.

AYNA-nın rəhbəri bunu vurğulamaq istəyirsə, bu məsələdə mənfi heç nə yoxdur”.

Ekspert düşünür ki, Anar Rzayev avtobus xətlərinin sayının azaldılması dedikdə optimallaşdırma prosesini həyata keçirilməsinin nəzərdə tuta bilər:

“Doğurdan da elə elə marşrut xətləri var ki, qısa məsafəyə gedir, amma say olaraq xətlərin hesabına əlavə edilir. Bunu optimallaşdırmaqla digər xətlərin sayını azaldıb, avtobusların sayını artırsalar, fikirmcə heç bir problem yaşanmayacaq. Əsas olan isə odur ki, şəhər daxilindən ətrafa çıxdıqda, qəsəbə və kəndlərə gedən avtobuslar istər texniki baxımdan, istərsə də sanitar epidimioloji baxımdan uyğun olsun. Həm avtobusları texniki baxışdan keçirmək, həm onları idarə edən sürücüləri yoxlamadan keçirtmək, onların səliqə, sahmanına nəzarət etmək lazımdır. Avtobusların sayını artırmaqla yanaşı sürücülərə verilən tibbi arayışın tam qanun çərçivəsində verilməsini də təmin etmək lazımdır”.