Marti: Onlar peyvəndlər haqqında yalan məlumat yayır!backend

Marti: Onlar peyvəndlər haqqında yalan məlumat yayır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial media koronavirus və peyvəndlər haqqında yanlış məlumatların yayılmasına qarşı mübarizə aparmaq üçün kifayət qədər iş görmür.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri ABŞ-ın istefada olan vitse-admiralı Vivek Marti CNN-ə müsahibəsində deyib.

“İnternetdə dezinformasiyanın çiçəkləndiyini görməyə davam edirik. Və bunun insanların sağlamlığı üçün təhlükə yaratdığını və hətta həyatlarına zərər verdiyini bilirik. Sosial platformalar dezinformasiyanın yayılma sürətinin və miqyasının artmasında əsas rol oynadıqlarını anlamalıdırlar”, – Marti bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərlə görüşü zamanı koronavirus və peyvəndlər haqqında sosial şəbəkələrin dezinformasiya yaydığını söyləmişdi. Feysbuk administrasiyası isə Amerika liderinin açıqlamalarının həqiqətə zidd olduğunu bildirmişdi./Axar.az