Martın 9-da böyük görüş keçiriləcək: İsveç üçün heç bir güzəşt yoxdurbackend

Martın 9-da böyük görüş keçiriləcək: İsveç üçün heç bir güzəşt yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini müzakirə edəcək Daimi Birgə Mexanizm Qurani-Kərimin yandırılması və prezident Ərdoğanı hədəf alan təxribatdan sonra dayandırılıb.

NOCOMMENT xəbər verir ki, yanvara planlaşdırılan görüş yenidən martın 9-da Brüsseldə keçiriləcək.

İsveç və Finlandiya nümayəndə heyətləri ilə keçiriləcək görüşdə Türkiyə nümayəndə heyətinə prezidentin müşaviri İbrahim Kalın rəhbərlik edəcək. Öhdəliklərini yerinə yetirməyən İsveç üçün heç bir güzəşt olmayacaq.