Martin Viynen Rusiya ilə müharibə olacağı təqdirdə ordunu gücləndirməyə çağırıbbackend

Martin Viynen Rusiya ilə müharibə olacağı təqdirdə ordunu gücləndirməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə müharibə təhlükəsinə hazırlaşmaq üçün ölkə ordusu hər il iki mindən üç minədək könüllü cəlb etməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu Niderland Silahlı Qüvvələrinin istefaya göndərilən baş komandanı Martin Viynen bildirib.

“Hollandiya müharibədən ciddi şəkildə qorxmalıdır və cəmiyyətimiz buna hazırlaşmalıdır”, – deyə Viynen bildirib.

O, əlavə edib ki, Hollandiya cəmiyyəti Rusiya ilə müharibəyə hazırlaşmalıdır, ona görə də ordunun fəaliyyətini davam etdirə bilməsi üçün bir sıra ehtiyatda olan hərbçilər və könüllülər lazımdır.