Martirosyan: Ermənilər Ermənistandan çox, Azərbaycana inanırlarbackend

Martirosyan: Ermənilər Ermənistandan çox, Azərbaycana inanırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda insanlar yerli mənbələrdən olan informasiyaya inanmağı dayandırır və Azərbaycanla Rusiya KİV-lərinin xəbərlərinə daha çox güvənirlər.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu informasiya təhlükəsizliyi üzrə erməni ekspert Samvel Martirosyan deyib.

“Dövlət idarəçiliyi sistemində kollaps çoxlu siyasi qüvvələrin fəaliyyəti ilə müşayiət edilir. Bütün bunlar ölkəni fəlakətə aparır. Bu fonda erməni ictimaiyyətinin N hissəsi Azərbaycan informasiyasına inanmağa başlayır və bu tendensiya zamanla dərinləşir. Əsas səbəb dövlət aparatının informasiya kollapsıdır. Hansı ki bizim vətəndaşlar ən yaxşı halda gecikmiş informasiya əldə edirlər”, – deyə o bildirib.

Martirosyan təhlükəsizliyin təminatı üçün bu gün Ermənistan dövlətinin öz prioritet funksiyalarını icra etmədiyini və nəticədə hər şeyin xaosa doğru apardığını söyləyib.