Marukyan: Paşinyan Baş Qərargahı ləğv etməyə hazırlaşırbackend

Marukyan: Paşinyan Baş Qərargahı ləğv etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məndə olan məlumata görə, Mənim Addımım blokundan olan bəzi deputatlar Baş Qərargahı Müdafiə Nazirliyinə birləşdirmək üçün Konstitusiya dəyişikliklərinə hazırlıq görürlər.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.

“Mən Konstitusiyaya baxdım və gördüm ki, onlar bu dəyişikliyi parlamentdə referendum olmadan edə bilməzlər. Bu da hökumət üçün problemdir”, – deyə o bildirib.

Amma bu cür dəyişiklik dövlət idarəetməsini də kökündən dəyişmək deməkdir, çünki hazırda Baş qərargahın və Müdafiə Nazirliyinin finksiyaları dəqiq ayrılıb. “Ona görə də bu cür dəyişiklik üçün mütləq referendum keçirmək lazımdır”, – deyə Marukyan əlavə edib.

“Əgər baş nazir Nikol Paşinyan hökumət başçısının öhdəliklərini azaltmaq, prezident institutunu gücləndirmək istəyirsə, onda bu cür dəyişikliyi parlament qəbul edə bilər. Qoy bu cür dəyişikliklərdən başlasın və göstərsin ki, buna çalışır”, – deyə Marukyan yekunlaşdırıb.

Sonda xatırladaq ki, Baş Qərargahın Nikol Paşinyanın istefasını tələb edən bəyanatı ölkədəki siyasi böhranı pik həddə çatdırıb.