Masallı sakini intihar etdibackend

Masallı sakini intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində 1 nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub.

NOCOMMENT.az FHN-ə istinadən xəbər verir ki, ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.