Masallıda 13 yaşlı qız özünü məktəb binasından atdıbackend

Masallıda 13 yaşlı qız özünü məktəb binasından atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda doqquzuncu sinif şagirdi intihara cəhd edib.

NOCOMMENT-in Oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə Masallı şəhər 1 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, qız məktəbdə sinif yoldaşı ilə mübahisə edib və özünü üçüncü pəncərədən atıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən açıqlamada bildirilib ki, hadisə bu gün saat 13:00 radələrində baş verib:

“Masallı şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi F.M. məktəbin 3-cu mərtəbəsinin pəncərəsindən özünü atıb və müxtəlif bədən xəsarətləri alıb. Bununla bağlı müvafiq orqanlara məlumat verilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsini əməkdaşları hadisə yerində olublar. Hazırda uşaq Masallı Rayon Mərkəzi Xəstəxanasındadır və vəziyyəti stabildir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə saytımızdan qeyd edilib ki, 2008-ci il təvəllüdlü şəxs (cinsi qadın) saat 13:15 radələrində Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

“Ona zəruri tibbi xidmətlər göstərilib. Müştərək travma ağrıları və yumşaq toxumaların əziyi diaqnozu ilə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti stabil qiymətləndirilir”.

Hadisə Masallı şəhər 1 nömrəli tam orta məktəbdə qeydə alınıb.