Masallıda ata oğlunun asılmış meyitini tapdıbackend

Masallıda ata oğlunun asılmış meyitini tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda intihar hadisəsi olub.

NOCOMMENT.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə saat əvvəl rayonun Xıl kəndində qeydə alınıb. 21 yaşlı kənd sakini Fərzəliyev Orxan Şəkərəli oğlu mal-qara saxlanılan tikilidə özünü asıb.

İlkin ehtimala görə, O. Fərzəliyevin uzun müddətdir psixoloji problemləri varmış. Onun meyitini atası Ş. Fərzəliyev hadisədən 2 saat sonra aşkar edib.

Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırmanın nəticəsindən sonra bilinəcək.