Masallıda çiyələk yığan qadını ilan sancdıbackend

Masallıda çiyələk yığan qadını ilan sancdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda yerli sakini ilan sancıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Göytəpə ərazisində, axşam saatlarında baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Masallı rayonu Kürdəbaz kənd sakini, Heyran Əlibala qızı Xəlilovanı sahədə çiyələk toplayan zamanı qol nahiyəsindən ilan sancıb.

H.Xəlilovaya ilkin tibbi yardım göstərilib. Daha sonra ilan sancan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Vəziyyəti orta ağır olaraq qalır.