Masallıda yanğın – Xəsarət alan varbackend

Masallıda yanğın – Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda xəsarətlə nəticələnən yanğın olub.

Bu barədə NOCOMMENT.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Rayonun Qəriblər kəndində ümumi sahəsi 288 m² (hər mərtəbəsi 144 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.