Masallıda yol qəzasında ana və körpəsi ölübbackend

Masallıda yol qəzasında ana və körpəsi ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saatlarında Masallı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “KamAZ” və “KİA” markalı maşınların toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəza nəticəsində ölənlər Əminə Fərəcova və oğlu, 2022-ci il təvəllüdlü Aslan Fərəcovdur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.