Masazır qəsəbəsində qaz olmayacaqbackend

Masazır qəsəbəsində qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Masazır” QPS-də (Qazpaylayıcı stansiya) mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə 30.08.2024-cü il tarixdə saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.

NOCOMMENT.az xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan Qaçqın şəhərciyinin, Abşeron Gənclər şəhərciyinin, “Viktoriya-313” və “Saray-H” MTK-ların və 10 ədəd sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.