Abşeron rayonu, Masazır-Novxanı yolunda baş verən qəzada xəsarət alan sürücü vəfat edib.
NOCOMMENT Bakupost.az-a istinadla xəbər verir ki, duz gölünün kənarında qeydə alınan qəzada xəsarət alan “VAZ 21099” markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Quliyev Namiq Abbasqulu oğlu dünyasını dəyişib.
Qeyd edək ki, ötən gün axşam saatlarında duz gölünün kənarında idarəetməni itirən “KIA” markalı nəqliyyat vasitəsi “VAZ 21099” markalı maşınla toqquşub.