Masazırda döyülən məktəbli ilə bağlı DİN-dən AÇIQLAMAbackend

Masazırda döyülən məktəbli ilə bağlı DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Abşeron rayonu Masazır qəsəbəsi ərazisində məktəblinin sinif yoldaşının atası və digər şəxslər tərəfindən döyülməsi ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təhqiqat araşdırması aparılır”.

NOCOMMENT xəbər verir ki, bunu oxu-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev deyib.

O bildirib ki, tərəflər polis orqanına dəvət olunmaqla izahatları alınıb.

“Hadisə zamanı alınan xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir”, – deyə polis nəfəri qeyd edib.

Xatırladaq ki, ötən gün yerli KİV-də məktəblinin döyülməsi ilə bağlı məlumatlar yayımlanıb. Hadisə ilə bağlı danışan məktəbli sinif yoldaşının atası və yaxın qohumları tərəfindən döyüldüyünü bildirib.