Masazırda şagirdi sinif yoldaşının ailəsi döydübackend

Masazırda şagirdi sinif yoldaşının ailəsi döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid adına 1 saylı orta məktəbin şagirdi döyülüb.

NOCOMMENT xəbər verir ki, bu barədə şagirdin atası Möhübbət Şirinov faktmedia-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, 13 yaşlı övladı Vüsal Şirinovu sinif yoldaşının valideynləri döyüblər.

“Oğlumla sinif yoldaşı arasında mübahisə düşüb. Hadisədən sonra sinif yoldaşının atası, dayısı, bir də başqa şəxs Vüsalı döyüblər. Oğlum avtobus gözləyirmiş. Maşına mindirmək istəyəndə qaçıb. Uşağın başını yarıblar”, – deyə atası bildirib.

Ailə hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verib.