Abşeron rayonu Masazır qəsəbəsi Budaq Budaqov küçəsində yolun ortasında ev tikilir.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı sakinlər etiraz edir.
Yolun ortasında tikilən ev 15 ailənin çıxışını bağlayıb.
Məlumata görə, əraziyə bir neçə dəfə müdaxilə edilsə də, tikinti davam etdirilir.
Sakinlər rəsmi qurumların bu tikintini aparanlarla “bacarmadığı”nı deyirlər. Sakinlərin iddiasına görə buradakı tikinti dəfələrlə sökülüb və yenidən tikilib. Hətta hal-hazırda oranı alıb ev tikən şəxs daha öncə oranın yol olduğunu sübut edərək tikintinı sökdürübmüş.
İddiaya görə, tikinti tək yolun ortasında deyil, həm də magistral su kəmərinin üzərində inşa edilir.
Ətraflı videoda: