Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlər nələr təsir edir?backend

Maşın bazarında SON VƏZİYYƏT : Qiymətlər nələr təsir edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəqliyyat vasitələrinin qiymət dəyişimi mövsümə görə bir prosesdir. Bəzən yay və qış aylarına keçid dövrlərdə qiymət dəyişiklikləri görürük. Bu zaman nəqliyyat vasitələrinə ehtiyac daha çoxalır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Referans.az-a nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.

O bildirib ki, hazırda “Cip” modellərə ehtiyac çoxalır, nəinki “Sedan” tipli nəqliyyata:

“Nəqliyyat vasitələrinin qiymətinə təsir edən əsas vasitələrdən biri həm də onun buraxılış ilidir. Maşının yaşı önəmlidir. 10 ildən artıq yaşı olan nəqliyyat vasitələrinin ölkəyə buraxılması dayandırılıb. Bunlar qiymətlərə ümumi təsirini göstərir”.

Ekspert bildirir ki, bazara satış üçün gətirilən yeni maşınlarda qiymət tam sabit olaraq qalır. Azərbaycanda ən papulyar 3 avtomobil rəngi seçilir, ağ, qara, gümüşü rəng: “Əgər Gömrüyə daxil olub avtokarların üzərində satış üçün gətirilən maşınlara baxsaq, bu üç rəngin çox olduğunu görərik. Xüsusi sifarişlə olanda qırmızı rəng avtomobil alınır. Qırmızı rəngin alıcıları daha çox qadınlar olduğuna görə, sürücü kontingentinin böyük hissəsini kişilər təşkil etdiyinə görə, bu rəng avtomobillərə satışda nadirən rast gəlinir. Bu da özlüyündə qiymətlərə təsirini göstərməmiş olmur.