Maşın vuran qardaşlardan biri öldübackend

Maşın vuran qardaşlardan biri öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT xəbər verir ki, rayon ərazisində iki qardaşı avtomobil vurub.

İki qardaşdan biri – rayonun Kazımabad kənd sakini, 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu müalicə aldığı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasında dəyişib.

Qeyd edək ki, yol qəzası ötən gün rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən rayonun Kazımabad kənd sakinləri, 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və 1990-ci il təvəllüdlü Kərimov Orxan Tacəddin oğlunu minik avtomobili vurub. Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.