Maşında təhlükəsizlik kəmərini taxmayanlar üçün yazı – Polisi, ya özümüzü aldadırıq?backend

Maşında təhlükəsizlik kəmərini taxmayanlar üçün yazı – Polisi, ya özümüzü aldadırıq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar onlayn satış platformalarında avtomobillərdə təhlükəsizlik kəmərinin siqnalizasiyasının kəsilməsi üçün kəmər yerinə taxılan xüsusi avadanlıqlar satılır. Bundan xüsusi ilə taksi sürücüləri istifadə edirlər.

NOCOMMENT.az xəbər verir ki, sürücülər maşının təhlükəsizlik kəmərini isə polisi və kameraları aldatmaq üçün formal olaraq üzərlərinə salırlar. Eyni hal sərnişinlər oturan hissədə də baş verir.  Kəmərin siqnalının səsini kəsən bu kəmər başlıqları 2 manata satılır.

Qardaş Türkiyədə tək sürücü deyil, onun yanında oturan sərnişin də kəmər taxmamağa görə cərimələnir. Azərbaycanda isə şəhər daxili yollarda sərnişinlər cərimələrdən qaça bilirlər.

Keçidlərdə piyadaların avtomobillə vurulması halları baş verir" - Elməddin  Muradlı

Mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, təhlükəsizlik kəmərindən normal şəkildə istifadə qanunun tələbidir:

“Kəmərdən anormal şəkildə istifadə edənlərlə bağlı cəza qanunda açıq qalır, təəssüf ki, buna dair hansısa müddəa yoxdur.  Lakin görünür ki, gələcəkdə bu da qanuni formada cəriməyə səbəb olacaq. Çünki getdikcə bu, intensiv hal alır. Doğrudur, xüsusi texniki vasitələrlə təhlükəsizlik kəmərindən istifadəyə nəzarət olunur, sürücülər cərimələnir. Amma sərnişini elektron qaydada cərimələmək mümkün olmur. Onu gərək yol polisi saxlayıb, cərimələsin. Çünki onun kimliyini müəyyənləşdirmək çətindir. Gün ərzində taksiyə 30 sərnişin minib düşə bilər. Onların hamısını müəyyənləşdirmək asan deyil.

Təhlükəsizlik kəmərləri: ÖDƏNIŞLI ÇATDIRILMA – Azərbaycan ᐈ Avtomobil Üçün  Təhlükəsizlik Kəmərləri Başlıqların Satışı ▷ 47 elan ➤ lalafo.az

Ümumilikdə artıq bir çox ölkələrdə bunu qadağan edən qanun qəbul edib. Rusiyada məsələni müzakirə çıxarmaq istəyirlər ki, yalançı kəmər başlıqlarından istifadə edənlər cərimələnsin.  Çünki orada da bu, ciddi fəsad yaratmağa başlayıb.  Ona görə ki, indiki avtomobillərin konfiqurasiyası fərqlidir, başlıq orada yalançı funksiyanı yerinə yetirir və lazım olan effekti vermir.  Qəza anında həm sürücüyə, həm də sərnişinə ziyan vurur.

Ümid edirəm ki, gələcəkdə Azərbaycanda da bununla bağlı qanunlar qəbul ediləcək. Çünki həqiqətən də biabırçı hal alıb. Yalançı kəmər başlıqları satan mağazalar da var. Görünür, buna tələbat var ki, satışı genişlənib. Mən satıcıları qınamıram, ölkəyə gətirilməsi qadağan olunsa, onlar da çəkinər”.\\Musavat.com