Mask: ABŞ artan milli borc səbəbindən iflasla üz-üzədirbackend

Mask: ABŞ artan milli borc səbəbindən iflasla üz-üzədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər ölkə hakimiyyəti büdcə xərcləri və dövlət borcunun artması ilə bağlı problemi həll etməsə, Birləşmiş Ştatlar iflasla üzləşəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask “X” sosial şəbəkəsində məlumat verib.

“Ya bunu düzəldəcəyik, ya da müflis olacağıq”, – deyə o vurğulayıb.

O, Kalşi platformasının yaydığı məlumatı belə şərh edib.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Amerika dövlət borcunun həcmi bu ilin sonuna kimi ÜDM-in 121%-nə, 2029-cu ildə isə heç bir tədbir görülməsə, ÜDM-in 131,7%-nə çatacaq.